Suriyada parlament seçkiləri sentyabrda keçiriləcək Dünya

Suriyada parlament seçkiləri sentyabrda keçiriləcək

Suriyada ötən ilin dekabrında Bəşər Əsədin devrilməsindən sonra ilk seçkilərin tarixi dəqiqləşməyə başlayır.

Suriya Xalq Məclisinin Seçkilər üzrə Ali Komitəsinin sədri Məhəmməd Taha Əl-Əhməd bildirib ki, dünən prezident Əhməd əl-Şara seçki sistemində həyata keçirilən dəyişikliklər və fəaliyyətlərlə bağlı məlumatlandırılıb.

O həmçinin parlament seçkilərinin sentyabr ayına təyin edildiyini açıqlayıb.