Bu günə qədər 55 minə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib Cəmiyyət

Bu günə qədər 55 minə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib

Bu günə qədər ümumilikdə 55 000-ə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib.

Bu barədə MÜTDA-dan məlumat verilib.
Qeyd olunub ki, iyunun 21-dən start verilən 2025-2026-cı tədris ili üzrə uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesi davam edir:

"Hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və digər bölmələr üzrə məktəb və müəllim seçimi aparılır. Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2025-2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər".