"Leyenin Trampla bağladığı ticarət sazişi fiaskodur" Dünya

"Leyenin Trampla bağladığı ticarət sazişi fiaskodur"

Fransa Milli Birlik partiyasının parlament fraksiyasının lideri Marin Le Pen Aİ-nin ABŞ ilə ticarət razılaşmasını üçlü fiasko adlandırıb.

Xatırladaq ki, bundan əvvəl, iyulun 27-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ prezidenti Donald Tramp ticarət razılaşması əldə etmişdilər ki, ona əsasən, Aİ-dən ABŞ-a demək olar ki, bütün ixraca indi 30% deyil, 15% tarif dərəcələri tətbiq olunacaq. Bu məqsədlə Aİ ABŞ-dan mayeləşdirilmiş təbii qaz , nüvə yanacağı və silah almağı öhdəsinə götürüb.

RİA Novosti xəbər verir ki, Le Penin sözlərinə görə, fon der Leyenin Trampla bağladığı ticarət sazişi “siyasi, iqtisadi və mənəvi fiaskodur”.

Fransız siyasətçi izah edib ki, Aİ ABŞ-la qeyri-bərabər şərtlərlə, həmçinin Londondan daha az sərfəli şərtlərlə müqavilə bağlayıb.

Cavid