

Moderator.az xəbər portalı ölkə yazar və jurnalistləri arasında saytın qurucusu və mərhum baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin əziz xatirəsinə həsr olunmuş “Zülfüqar Hüseynzadə mükafatı” adlı növbəti müsabiqəni elan edir.
Xatırladaq ki, ötən il keçirilmiş ilk müsabiqədə jurnalistlər Kəlbəcər rayonunun təbiəti, sərvətləri və inkişaf perspektivləri mövzularında öz qələmlərini sınamış, qaliblər mükafatlandırılmışdı.
Bu ilki – II müsabiqə isə Qərbi Azərbaycana və Qarabağa qayıdış mövzusuna həsr olunub.
Müsabiqə mövzuları üzrə 3 əsas istiqamət müəyyən edilib:
1. Qərbi Azərbaycana Qayıdış:
2. Qarabağa Qayıdış və Böyük Qayıdış Proqramı:
3. Zülfüqar Hüseynzadənin jurnalistik irsi və medianın missiyası:
Qeyd: Bu mövzular istiqamətləndirici xarakter daşıyır. Müsabiqə yazılarında onların hər birinə ayrılıqda və ya ümumi şəkildə istinad edilə bilər.
Qiymətləndirmə meyarları
Müsabiqəyə təqdim olunmuş yazılarda aşağıdakılara üstünlük veriləcək:
• Mövzunun dolğun və geniş şəkildə əhatə olunmasına;
• Leksikon və ifadə vasitələrinin zənginliyinə;
• Analitik yanaşma, faktların düzgün təhlili və məntiqi əsaslandırılmasına;
• Fakta əsaslanan araşdırma və informasiyalılıq dərəcəsinə;
• Müasir dünya təcrübələri ilə müqayisəli yanaşmaya.
Müsabiqənin şərtləri
• Müsabiqəyə yazılar [email protected] elektron ünvanına göndərilməlidir.
• Yazının həcmi 10 min işarəni keçməməlidir;
• Yazı yalnız bir müəllifə aid olmalı və əvvəllər nəşr edilməmiş olmalıdır (qəzet, jurnal, sayt, sosial media daxil olmaqla);
• Hər iştirakçı yalnız bir yazı ilə müsabiqəyə qatıla bilər.
• Yazılar 2025-ci il avqustun 18-dək qəbul olunur.
• Yazılar münsiflər heyəti tərəfindən obyektiv meyarlarla qiymətləndiriləcək.
Təqdimat üçün aşağıdakılar e-mailə əlavə edilməlidir:
1. Müsabiqə yazısı (Word formatında, imzasız);
2. Müəllifin şəxsiyyət vəsiqəsinin surəti (PDF, JPG və ya Word);
3. Müəllifin əlaqə vasitələri (mobil nömrə və e-poçt).
Mükafatlar:
Müsabiqəyə təqdim edilmiş materiallara 18-23 avqust tarixlərində münsiflər heyəti tərəfindən baxılacaq və 24 avqust 2024-cü il tarixində - Zülfüqar Hüseynzadənin doğum günündə qaliblər (1-ci, 2-ci və 3-cü yer) elan ediləcək və mükafat və hədiyyələr təqdim olunacaq.
• I yer – 1000 AZN
• II yer – 600 AZN
• III yer – 400 AZN
Seçilmiş yazılar Moderator.az saytında dərc ediləcək, müəlliflərə diplom və hədiyyələr təqdim olunacaq.