28 İyul 2025 09:40
4 438
“"Tağıyev" filminin ikinci sezonu çəkilə bilər".
Xalqcəbhəsi.az xəbər verir ki, bunu "Tağıyev" filminin rejissoru və ssenari müəlliflərindən biri olan Zaur Qasımlı "Gilavar" "YouTube" kanalında deyib.
O bildirib ki, "Tağıyev" filmi əslində 8 bölüm yazılıb.
“8 bölüm yazılan bu filmin yalnız 4 bölümü ekranlaşdırıldı. Maliyyə olacağı təqdirdə, digər 4 bölüm də çəkiləcək" - deyə Z.Qasımlı vurğulayıb.
Onun sözlərinə görə, 3-cü bölümdə Tağıyevin həyatından çox maraqlı faktlar, o cümlədən baş qəhrəman Sona xanım, Tağıyevin oğlu ilə mübahisəsi və Qızlar Gimnaziyasının açılması kimi mövzular yer alacaq.
Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsalı olan bu filmin 2 bölümü "Tağıyev: Neft" və "Tağıyev: Çar" artıq kinoteatrlarda nümayiş etdirilib.
Video:
25 Mart 16:21
1 288
23 Mart 22:02
2 674
23 Mart 17:27
2 947