
ABŞ sularında Çin gəmisi xəbərdarlığı
27 İyul 20:43
27 İyul 20:43
27 İyul 17:15
27 İyul 16:39
27 İyul 16:22
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Rusiyada “Subo” ləqəbli azərbaycanlı bloqer Sübhan Məmmədova qarşı Cinayət Məcəlləsinin “vergi ödəməkdən yayınma” və “qeyri-qanuni yollarla əldə olunan pul vəsaitlərinin leqallaşdırılması” maddələri ilə qiyabi ittiham irəli sürülüb.
APA “pressa24.ru”ya istinadən xəbər verir ki, onun atası və qardaşı da eyni cinayət əməllərinin törədilməsində təqsirləndirilir.
Onun barəsində federal axtarış elan edilib.
İstintaqın versiyasına görə, onlar 2020-2022-ci illər ərzində yaratdıqları vergidən yayınma sxeminin köməyi ilə 50 milyon rubl məbləğində vəsaiti Rusiyanın dövlət büdcəsinə ödəməkdən yayınıb.
Adıçəkilən şəxslər, həmçinin cinayət yolu ilə əldə edilmiş 10 milyon rubl məbləğindəki vəsaiti bahalı avtomobilin alınmasına sərf ediblər. Onların üzərinə 20 milyon dollar məbləğində cərimə və dəbbə pulu ödənilməsi öhdəliyi də qoyulub.
İndiyədək həmin məbləğin 9 milyon rublunun büdcəyə qaytarıldığı açıqlanıb.