Bakı-Qazax yolunda körpüdə yük maşını aşıb Hadisə

Bakı-Qazax yolunda körpüdə yük maşını aşıb

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yerləşən körpünün üzərində qeydə alınıb. Hərəkətdə olan “KamAZ” markalı yük maşını idarəetmədən çıxaraq aşıb. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.