"Çelsi"nin baş məşqçisi Premyer Liqada ötən ayın ən yaxşısı seçilib
AFFA Hakimlər Komitəsinin sədri FIFA referilərinin səhv qərar qəbul etdiklərini təsdiqləyib
Ərdoğan: Türkiyə Ukraynada müharibənin dayandırılması üçün danışıqlara ev sahibliyi edə bilər
FHN-in strukturlarında Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirilib
Livan XİN rəhbəri: İranın siyasəti Yaxın Şərqdə qeyri-stabilliyin mənbəyidir
28 İyul 13:36
4 067
Kənd Təsərrüfatı Nazirliyi Ərdəbil əyalətinin fermerlərinin hökumətə verdiyi buğdanın pulunu ödəmir.
Gunaz.tv
Bu haqda Ərdəbil əyaləti Kənd Təsərrüfatı Təşkilatının nümayəndəsi Qəfur Ağayi bildirib.
Onun sözlərinə görə, fermerlərdən alınan 5,5 trilyon tümən dəyərində buğdanın indiyədək cəmi 58 milyard tümən ödənilib.
O, nazirliyi qalan vəsaiti avqustun sonuna kimi ödəyəcəyi barədə söz verdiyini bildirib.
Ərdəbilli fermələr isə Aqayinin iddiasının həqiqətə uyğun olmadığını deyirlər.
Onlar problemin həlli ilə bağlı əlaqədar dövlət qurumlarına müraciətlərinin cavabsız qaldığını qeyd ediblər.
Qeyd edək ki, Ərdəbil əyaləti İranın taxıl təminatında birinci yerdədir və buna görə də, bölgəyə İranın taxıl anbarı adı verilib.