Rusiyanın Gürcüstanın ərazisinin işğalından 17 il keçir Dünya

Rusiyanın Gürcüstanın ərazisinin işğalından 17 il keçir

Rusiyanın Gürcüstan ərazilərini işğalından, 5 gün davam edən Avqust müharibəsinin üzərindən 17 il ötür.

2008-ci ildə Rusiya qüvvələrinin Gürcüstan ərazisinə müdaxiləsi nəticəsində 228 mülki şəxs, 170 hərbçi və 14 polisimiz həyatını itirib, 2 min 232 nəfər Gürcüstan vətəndaşı isə yaralanıb. 263 min 598 nəfər Gürcüstan vətəndaşına məcburi köçkün statusu verilib. İşğal nəticəsində Gürcüstan 151 yaşayış məntəqəsinə nəzarəti itirib.

12 avqustda Fransa prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə atəşkəs müqaviləsinin imzalanması nəticəsində müharibə başa çatıb.

Sözügedən müharibədən sonra Rusiya Abxaziya və Cənubi Osetiyanı müstəqil ölkə olaraq elan edib.

Cavid