10:57
497
Azərbaycanın səfərindən sonra işğaldan azad olunan ərazilərimizdə yenidənqurma və bərpa işləri sürətləndiz ermənilər tərəfindən dağıdılan, talan edilən şəhər və kəndlərimiz quruldu , otuz il öz doğma torpaqlarından didərgin düşmüş minlərlə azərbaycanlı evlərinə qayıdır, bu da Azərbaycanın böyük iqtisadi gücünün göstəricisifit.
Bunu xalqcebhesi.az-a siyasi ekspert Füzuli Kərimov deyib.
O, qeyd edib ki, bu gün müasir infrastruktur layihələrinin həyata keçirildiyi,"ağıllı kənd və şəhərlər"in yaradıldığı Qarabağ və Şərqi Zəngəzur, sözün əsl mənasında, dünyanın möcüzəsinə çevrilib. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın azad edilmiş ərazilərində sürətli bərpa-quruculuq işləri davam etdirilir. Nəzərdə tutulmuş köç qrafikinə uyğun müvafiq yaşayış məntəqələrinə əhalinin geri qayıdışı təmin edilir.
Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinə töhfə verilir. Xüsusilə də fond tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi, mədəni, dini irsimizin bərpası istiqamətində mühüm layihələr həyata keçirilir.
Hazırda Azərbaycan keçmiş məcburi köçkünlərin "Böyük Qayıdış" layihəsini uğurla həyata keçirməkdədir. “Böyük Qayıdış” proqramının ikinci mərhələsi isə üç fazadan ibarət olmaqla, 2026-2040-cı illəri əhatə edəcək və proses 2040-cı ilə qədər yekunlaşacaq.
F.Kərimov məcburi köçkünlərə dövlət qayğısını Ulu Öndər Heydər Əliyevin strateji məqsəd kimi müəyyənləşdirdiyini, bu siyasəti Prezident İlham Əliyevin davam etdirdiyini bildirib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərə xüsusi həssaslıq göstərdiyi, onların sosial-mədəni inkişafına daim dəstək verdiyi qeyd edib.
44 günlük Vətən müharibəsinin başa çatmasından ötən müddət ərzində Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, bir çox ölkənin bacarmadığı nəhəng layihələri təkbaşına reallaşdırmağa qadirdir. Heç bir ölkədən yardım almadan viran edilmiş şəhər, qəsəbə və kəndlərə yeni nəfəs verməklə Azərbaycan qüdrətli dövlət olduğunu təsdiqləyir.
Cavid