Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşüb
22 Oktyabr 17:12
22 Oktyabr 17:12
22 Oktyabr 13:34
22 Oktyabr 13:03
2 Sentyabr 2025 18:31
2 422
Tbilisidə keçmiş prezident Mixail Saakaşvilinin hakimiyyəti dövründə baş vermiş cinayətlərin araşdırılması üzrə parlament komissiyasının hesabatının müzakirə olunduğu zaman, parlament binası qarşısında anti-hökumət aksiyası keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, aksiyanın iştirakçılarından 16 nəfər yolu bağlamağa cəhd etdiklərinə görə saxlanılıb.
2 sentyabrda parlament binası qarşısında toplaşan kiçik bir etirazçı qrupu daha bir anti-hökumət mitinqi keçirməyə cəhd edib. Hüquq-mühafizə orqanları nümayəndələri, aksiya iştirakçılarının Rustaveli prospektini bağlamağa cəhdindən sonra onları saxlayıblar.
DİN-in yaydığı bəyanatda deyilir: “Daxili İşlər Nazirliyi əməkdaşlarının nəqliyyatın hərəkətinə mane olmamaq barədə dəfələrlə etdiyi çağırışlara baxmayaraq, etirazçılar qanuni tələblərə tabe olmayıb. Yuxarıda qeyd olunanlara əsasən, polis 16 nəfəri inzibati xətalar məcəlləsinə uyğun olaraq saxlayıb.”
Nazirlik etirazçılardan qanunla müəyyən edilmiş ərazilərdə aksiya keçirməyi və yol hərəkətinə mane olmamağı xahiş edib.
Məryəm Quliyeva
22 Oktyabr 19:26
903
22 Oktyabr 19:25
861
22 Oktyabr 16:37
994