Türkiyə Ukrayna üzrə diplomatik səylərə liderlik etməyə hazırdır Gündəm

Türkiyə Ukrayna üzrə diplomatik səylərə liderlik etməyə hazırdır

Türkiyə Ukrayna münaqişəsinin həlli üzrə diplomatik səylərdə aparıcı rol oynamağa hazır olduğunu bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti müavini Cevdet Yılmaz, "X" sosial şəbəkəsində məlumat verib.

"Fransa Prezidenti Emmanuel Makronun rəhbərliyi altında keçirilən hibrid formatda görüşdə, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ukraynada ədalətli və davamlı sülhün təmin edilməsi üçün diplomatik səylər müzakirə olundu. Biz, möhkəm sülhün təmin edilməsi üçün bütün sahələrdə liderlik etməyə hazır olduğumuzu və tərəflər arasında diplomatiya və dialoqun prioritet olması zərurətini vurğuladıq", - Yılmaz qeyd edib.

Onun sözlərinə görə, İstanbul, ədalətli və uzunmüddətli həll tapılana qədər diplomatik prosesdə fəal şəkildə iştirak etməyə davam edəcək və bütün mövcud vasitələrdən istifadə edəcək.

Məryəm Quliyeva