Meksikanın mərkəzində baş vermiş güclü zəlzələ nəticəsində azı 200-dən çox adam ölüb. 7,1 bal gücündə olan zəlzələ paytaxt Mexikoda bir neçə uşağın öldüyü bildirilən bir məktəb də daxil olmaqla onlarla binanı dağıdıb. Prezident Enrique Pena Nieto məktəbin dağılmasından sonra 20-dən çox uşağın, 2 böyük insanın öldüyünü və 30 adamın itkin düşdüyünü deyib. Zəlzələ Morelos və Puebla əyalətlərində və Mexiko ştatında da geniş ziyana səbəb olub. Bu ayın əvvəlində Meksikada 8,1 bal gücündə zəlzələ baş verib və azı 90 nəfər həlak olub.
Sonuncu zəlzələnin episentri Meksikadan təxminən 120 km məsafədəki Puebla əyalətindəki Atencingo yaxınlığında və 51 km dərinliyində olub, ABŞ Geoloji Tədqiqatında bildirilir. Daha əvvəl zəlzələ nəticəsində 250 nəfərin həlak olduğu bildirilsə də, sonradan ölkənin Vətəndaş Mühafizəsi üçün Milli Koordinatoru ölüm sayının 216 olduğunu qeyd edib. Paytaxtın cənubunda Morelos əyalətində azı 71 adam həlak olub. Puebla əyalətində isə 43 nəfərin öldüyü bildirilir. Paytaxt Mexikoda 86, Mexiko ştatında 12, Guerreroda 3, Oaxacada isə 1 nəfərin öldüyü təsdiqlənib.
Paytaxtda təxminən 2 milyon insan elektriksiz qalıb və telefon xətləri işləməyib. Rəsmilər təbii qaz şəbəkəsi qırıldığı üçün sakinlərə küçələrdə siqaret çəkməməklə bağlı xəbərdar edib. Meksika şəhər başçısı Miguel AngelMancera Televisa TV-yə deyib ki, xilasetmə xidmətləri 44 yerdə çökmüş, yaxud ciddi zərər görmüş binalarla məşğul olur. Meksikanın cənubundakı Coapa bölgəsində, qismən dağılmış Enrique Rebsamen məktəbində azı 8 uşaq və bir müəllim ölüb, Meksika mətbuatı yazır.
Hələ də məktəbin içərisində qalan uşaqları, o cümlədən, təması yalnız sosial media vasitəsilə olan bəzi şəxsləri xilas etmək üçün böyük əməliyyat aparılır. Manceranın sözlərinə görə, paytaxtda 60-a yaxın adam xilas edilib. Televiziyada çıxış edən prezident Enrique Pena Nieto zəlzələnin təsir etdiyi ərazilər üçün fövqəladə vəziyyət elan edildiyini və hərbiyyənin kömək üçün hazırlandığını bildirib. Mexiko şəhəri boyunca xilasetmə işçilərin və könüllülərin dağıntılar arasındakı adamları kürəklər və çılpaq əllərlə çıxarmağa çalışdıqları deyilir. Təbii fəlakət Meksikada 32 il öncə 10 min adamın həyatını itirdiyi zəlzələnin ildönümündə baş verib. Mexiko dünyanın ən sıx məskunlaşmış şəhərlərindən biridir və burada 20 milyondan çox insan yaşayır.
Xarici liderlər Meksikaya dəstək mesajları göndəriblər. Meksika ilə sərhəddə divar tikmək planları ilə mübahisə başladan ABŞ prezidenti Donald Tramp Tvitter sosial şəbəkəsində yazıb: "Biz sizinləyik və sizin üçün orada olacağıq". Kanadanın baş naziri Justin Trudeau da Tvitter-də dəstək nümayiş etdirən mesajlar yazıb. Kosta-Rika prezidenti Luis Guillermo Solis Meksika xalqı ilə "həmrəy olduğunu" dilə gətirib.