Orban: Gürcüstan ən uğurlu Avropa ölkəsidir Dünya

Orban: Gürcüstan ən uğurlu Avropa ölkəsidir

Gürcüstan ən uğurlu Avropa ölkəsidir. Mən bu cür uğurlu digər ölkə tanımıram.

APA-nın yerli bürosu xəbəri verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Kopenhagendə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstan siyasi cəhətdən sabit ölkədir və iqtisadiyyatı sürətlə inkişaf edir.

“Avropaya uğurlu ölkələr lazımdır, çünki təəssüflər olsun ki, bir çox ölkələrin iqtisadiyyatları durğunluqdadır. Avropa İttifaqında Gürcüstan kimi ölkəyə ehtiyac var”, - V.Orban söyləyib.