Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
2 Oktyabr 13:53
4 592
“Avropa İttifaqı Şurasının 2015-ci ildə dayandırılmış bəzi sanksiyaları yenidən tətbiq etməsi İranın nüvə proqramında “əhəmiyyətli öhdəlik pozuntuları” ilə əsaslandırılır. “Snapback” mexanizminin işə salınması Avropanın beynəlxalq hüquq çərçivəsində hərəkət etdiyini göstərsə də, siyasi nəticələri hüquqi tərəflərindən daha çox diqqət çəkir”.
Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Elman Telmanoğlu söyləyib.
Politoloq qeyd edib ki, bu addım Avropanın qlobal təhlükəsizlik məsələlərində nüfuzunu qorumaq niyyətini əks etdirir: “ABŞ-nin 2018-ci ildə JCPOA-dan (Joint Comprehensive Plan of Action, Ümumi Hərtərəfli Fəaliyyət Planı) çıxmasından sonra Avropa tərəfi öz mövqeyini balanslı saxlamışdı. İndi isə sərt qərarla Qərbin vahid mövqeyinə yaxınlaşır, İranı diplomatik masaya qaytarmaq üçün təzyiq vasitəsi yaradır”.
O əlavə edib ki, belə bir qərarın region üçün nəticələri kifayət qədər mürəkkəbdir: “Sanksiyaların bərpası İranı iqtisadi cəhətdən zəiflədə bilər, lakin bu, eyni zamanda onun Rusiyaya və Çinə daha çox yönəlməsini stimullaşdırır. Nəticədə, Qərbin təcridetmə siyasəti yeni güc bloklarının formalaşmasına yol aça bilər. Bundan əlavə, enerji bazarlarında qeyri-sabitlik ehtimalı artır, xüsusilə Avropa və qonşu region ölkələri üçün risklər yaranır”.
Röya İsrafilova
15 Noyabr 13:58
6 279
14 Noyabr 16:16
2 093
14 Noyabr 15:57
2 352