Qızıl medal qazanan Azərbaycan üzgüçüsü: Fəxr edirəm ki, Azərbaycan Bayrağını ən yüksəyə qaldırdım İdman

Qızıl medal qazanan Azərbaycan üzgüçüsü: Fəxr edirəm ki, Azərbaycan Bayrağını ən yüksəyə qaldırdım

Fəxr edirəm ki, Azərbaycan Bayrağını ən yüksəyə qaldırdım.

Bu sözləri AZƏRTAC-a açıqlamasında III MDB Oyunlarının üzgüçülük yarışlarında qızıl medal qazanan Azərbaycan təmsilçisi Süleyman İsmayılzadə deyib.

O, nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Yarışı 1 qızıl, 3 gümüş və 1 bürünc medalla bitirdim. Buna görə məşqçilərimə təşəkkür edirəm. Söz verirəm ki, gələcək turnirlərdə də uğur əldə edəcəyəm".

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.