

Biləsuvar Günəş Elektrik Stansiyası Azərbaycanın elektrik enerjisinə olan tələbatının 4-5 %-ni təmin edəcək.
"APA-Economics"in Biləsuvara ezam olunmuş əməkdaşı xəbər verir, bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Biləsuvar GES-in birinci panelin quraşdırılması mərasimində deyib.
O bildirib ki, Biləsuvar GES 2026-cı ilin birinci yarısına istifadəyə veriləcək və gələn ilin sonundan şəbəkəyə tam gücü ilə elektrik enerjisini ötürməyə başlayacaq.
"Bu günəş elektrik stansiyası Azərbaycanın elektrik enerjisinə olan tələbatının 4-5 %-ni təmin edəcək", - Cavid Abdullayev qeyd edib.
Onun sözlərinə görə, Biləsuvarda günəşdən istehsal olunan elektrik enerjisi Azərbaycanın qaz resurslarının qənaət edilməsinə xidmət edəcək və qənaət edilmiş qazı ixraca yönəltməyə imkan verəcək.