“Ailəm – mənim dəyərim” layihəsi çərçivəsində sonuncu təlim həyata keçirildi
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
Ceyhun Bayramov Qırğızıstanı BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib
XİN: Gürcüstan "3+3" formatında keçiriləcək görüşdə iştirak etməyəcək
2 Oktyabr 2025 13:30
5 453
Milli Kitabxanada Əməkdar incəsənət xadimi, şair, nasir, tərcüməçi Səyavuş Məmmədzadənin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar ənənəvi kitab sərgisi açılıb. “Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə - 90” adlı sərgidə müəllifin əsərləri, tərcümələri, redaktor olduğu və tərtib etdiyi, “Ön söz” yazdığı nəşrlər və digər kitablar nümayiş olunur.
Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan məlumat verilib.
Səyavuş İmran oğlu Məmmədzadə 1935-ci il oktyabrın 2-də Bakıda müəllim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə tələbəlik illərindən başlayıb, “Sınıq” adlı ilk şeiri 1956-cı ildə universitet qəzetində dərc olunub. Onun ədəbi fəaliyyətində poeziya, nəsr, publisistika, bədii tərcümə xüsusi yer tutub.
Azərbaycan poeziyasından rus dilinə ilk poetik tərcüməsi – Ağacavad Əlizadənin Səməd Vurğuna həsr etdiyi şeiri 1956-cı ildə çap olunub. Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, eləcə də rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə etdiyi tərcümələri dövri mətbuatda çap olunub.
Səyavuş Məmmədzadə “Əməkdar mədəniyyət işçisi” (1984) və “Əməkdar incəsənət xadimi” (2003) fəxri adlarına layiq görülüb, həmçinin Prezident təqaüdçüsü olub.
4 İyun 10:56
1 407
2 İyun 20:00
9 786
1 İyun 18:57
2 324