Tramp 2028-ci il seçkilərində Vensi dəstəkləməyi hələ düşünmür Dünya

Tramp 2028-ci il seçkilərində Vensi dəstəkləməyi hələ düşünmür

ABŞ administrasiyasının rəhbəri Donald Tramp Vitse-prezident Cey Di Vens 2028-ci il dövlət başçısı seçkilərində namizədliyini irəli sürmək qərarına gələrsə, onun namizədliyini dəstəkləmək barədə hələlik düşünmədiyini bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, o, müvafiq bəyanatı Ağ Evin Cənub qazonunda jurnalistlərlə söhbəti zamanı verib.

Trampa bu ilin noyabrında keçiriləcək aralıq seçkilərinin yekunlarına əsasən onun partiya yoldaşları olan respublikaçılar ABŞ Konqresinə nəzarəti itirəcəyi təqdirdə, prezident seçkilərində Vensin namizədliyini dəstəkləməmək imkanını nəzərdən keçirib-keçirmədiyi barədə sual ünvanlanıb. "Bu qənaətə haradan gəlmisiniz?", - deyə amerikalı lider cavab verib.

"Səmimi desəm, mən hələ bu haqda (Vensin namizədliyinin dəstəklənməsi barədə) düşünməmişəm. Bu barədə fikirləşmək üçün hələ çox vaxtımız var. Buna hələ çox var", - deyə Tramp vurğulayıb.

Məryəm Quliyeva