Pentaqon "Global Thunder" strateji nüvə qüvvələrinin təlimlərinə başlayıb Dünya

Pentaqon "Global Thunder" strateji nüvə qüvvələrinin təlimlərinə başlayıb

Birləşmiş Ştatlarda "Global Thunder 27" strateji nüvə qüvvələrinin illik təlimləri başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığı (USSTRATCOM) məlumat yayıb.

"Global Thunder 27" təlimlərinə strateji qüvvələr strukturunun bütün heyəti cəlb olunub. Məqsəd nüvə qüvvələrinin hazırlığını artırmaq, həmçinin strateji çəkindirmə potensialının təhlükəsizliyini, etibarlılığını, effektivliyini və inandırıcılığını təmin etməkdir", - deyə USSTRATCOM-un məlumatında bildirilir.

Eyni zamanda vurğulanır ki, "bu təlimlər hər il keçirilir və hansısa dövlətin, digər subyektlərin hərəkətlərinə və ya dünyada baş verən cari hadisələrə cavab xarakteri daşımır".

ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığına nüvə silahı daşımaq qabiliyyətinə malik strateji bombardmançı təyyarələrin hissə və birləşmələri (o cümlədən 46 ədəd "B-52H" və 19 ədəd "B-2" təyyarəsi), minomyot bazalı 400 ədəd "Minuteman III" qitələrarası balistik raketi, həmçinin hər biri 20 ədəd "Trident II D5" balistik raketi ilə təchiz olunmuş 14 ədəd "Ohio" sinfinə aid strateji atom sualtı qayığı tabedir.

Məryəm Quliyeva