İran Yaxın Şərq ölkələrinə ultimatum verib Gündəm

İran Yaxın Şərq ölkələrinə ultimatum verib

İran Yaxın Şərq ölkələrinə hərbi əməliyyatlar bərpa olunacağı təqdirdə ABŞ-yə dəstək verməkdən imtina etmək tələbi ilə ultimatum ötürüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Feda-Hüseyn Maleki məlumat yayıb.

"Region ölkələrinə ultimatum verilib — ABŞ-yə hər cür dəstəkdən imtina etmək. 40 günlük müharibə (28 fevralda başlayan ABŞ və İsrail əməliyyatı) zamanı biz ABŞ-nin İrana hücum üçün istifadə etdiyi istənilən ölkənin ərazisindəki bazalara zərbələr endirirdik", - deyə cənab Maleki bildirib.

Parlament üzvü vurğulayıb ki, eskalasiya baş verəcəyi təqdirdə Tehranın hərəkətləri konkret hərbi obyektlərə hücum çərçivəsindən kənara çıxa bilər. İran Vaşinqtona kömək edən ölkələri düşmən hesab edəcək, - deyə o əlavə edib.

Məryəm Quliyeva