2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub İqtisadiyyat

2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

“Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.

APA xəbər verir ki, qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 254 000,0 min manat, xərcləri 42 400 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 518 425,0 min manat, yerli gəlirləri 735 575,0 min manat, mərkəzləşdirilmiş xərcləri 41 664 425,0 min manat, yerli xərcləri 735 575,0 min manat) olacaq.