Naxçıvana dotasiyanın gələn il 6,4% azaldılması nəzərdə tutulur İqtisadiyyat

Naxçıvana dotasiyanın gələn il 6,4% azaldılması nəzərdə tutulur

2027-ci ildə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə 198 milyon manat dotasiya ayrılması nəzərdə tutulur.

“APA-Economics” xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

2026-cı ilin dövlət büdcəsində bu məbləğ 211 milyon 628 min manat müəyyən edilib. Beləliklə, gələn il dotasiyanın 13 milyon 628 min manat və ya 6,4% azaldılması planlaşdırılır.