Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib İqtisadiyyat

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur.

“APA-Economics” xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, gələn il icmal büdcənin xərclərinin yuxarı həddi 50 milyard 377 milyon 122,9 min manat təşkil edəcək.