Dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb İqtisadiyyat

Dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb

2027-ci il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri ilkin proqnozla müqayisədə 20 milyon manat artırılaraq 39 milyard 254 milyon manat nəzərdə tutulub.

“APA-Economics” xəbər verir ki, bu, Milli Məclisə təqdim olunan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Maliyyə Nazirliyinin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında gəlirlər 39 milyard 234 milyon manat proqnozlaşdırılmışdı.

Dövlət büdcəsinin xərcləri isə dəyişdirilməyərək 42 milyard 400 milyon manat saxlanılıb.

Nəticədə büdcə kəsirinin yuxarı həddi ilkin proqnozdakı 3 milyard 166 milyon manatdan 3 milyard 146 milyon manata endirilib. Bu, 20 milyon manat və ya 0,6% azalma deməkdir.