"WTI" markalı neftin qiyməti 100 dolları ötüb İqtisadiyyat

"WTI" markalı neftin qiyməti 100 dolları ötüb

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin dekabr müqaviləsinin dəyəri 0,46% artaraq 1 barelə görə 113,69 ABŞ dolları təşkil edib.

“APA-Economics”in məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin dekabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,58% artaraq 100,05 ABŞ dollarına bərabər olub.