

Madridin mərkəzində, Iliras küçəsində, bir bina qismən uçub. Dağıntılar altında insanların olub-olmaması hələ məlum deyil.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pais qəzeti yazır.
"Iliras küçəsində, Opera rayonu yaxınlığında yerləşən bir bina uçub. Hazırda dağıntılar altında olan şəxslər barədə məlumat yoxdur və hadisənin nəzarət altında olub-olmaması barədə heç bir təsdiqləmə yoxdur. İstintaqa yaxın olan mənbələrin məlumatına görə, ən azı altı mərtəbə uçub və dağıntılar altında ən az bir insanın, bəlkə də daha çoxunun olması ehtimalı var", – deyə xəbərdə bildirilir.
Jurnalistlərin məlumatına görə, bina təmir zamanı uçub. Hadisə yerində yanğınsöndürənlər və təcili tibbi yardım işçiləri çalışırlar. Hadisənin şahidləri bildiriblər ki, hadisədən əvvəl güclü bir titrəyiş hiss edilib və küçə üzərində qalxan böyük bir toz dumanı görüblər.
Məryəm Quliyeva