

Fələstinin HƏMAS hərəkatı İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunmasına maneələr yaratmağa çalışacağına inanır.
Xalqcebhesi.az xəbər verir ki, bunu hərəkatın siyasi bürosunun üzvü və sözçüsü Fövzi Bərhum bəyan edib.
“Sizi xəbərdar etmək istərdik: Netanyahu əvvəlki raundları pozduğu kimi, hazırkı danışıqlara mane olmağa və onları pozmağa cəhd edə bilər”,- deyə o vurğulayıb. Bərhumun sözləri HƏMAS-ın Telegram kanalında sitat gətirilib.
Radikal hərəkatın nümayəndəsi qeyd edib ki, HƏMAS "bütün təklifləri, o cümlədən ABŞ prezidenti Donald Trump tərəfindən hazırlanmış son planı" diqqətlə incələyib.
Hərəkatın nümayəndəsi, hərbi əməliyyatlar nəticəsində yaranan vəziyyətin ikinci ildönümünə həsr edilmiş çıxışında, HƏMAS-ın Qəzza sektorunda tam və davamlı atəşkəsin əldə olunmasına, israilli hərbçilərin bölgədən çıxarılmasına, israilli girovların fələstinli məhbuslarla "ədalətli mübadiləsinə", ərazinin bərpasına, humanitar yardımın daxil olmasına və həmçinin fələstinlilərin Qəzzanın şimalına geri qayıtmasına təkid etdiyini bildirib.
Məryəm Quliyeva