Hindistan Rusiya neftinin ödənişini yuanla bərpa edir Dünya

Hindistan Rusiya neftinin ödənişini yuanla bərpa edir

Hindistanın ən böyük dövlət korporasiyalarından biri olan Indian Oil Rusiya neftinin tədarükü üçün yuanla ödənişi bərpa edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, şirkət artıq Rusiya ilə bir neçə əməliyyatı başa çatdırıb və bunun üçün Çin valyutası ilə ödəniş edib. Neft daşımalarının qiyməti ABŞ dollarında saxlanılsa da, ödənişlər indi yuanla həyata keçirilir və bu, əməliyyatları sadələşdirir və Moskva ilə Yeni Dehli arasında ticarət əlaqələrini gücləndirir.

Məryəm Quliyeva