Ukrayna dronları Rusiyanın sərhəd bölgələrində vurulub Dünya

Ukrayna dronları Rusiyanın sərhəd bölgələrində vurulub

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri (PVO) üç Rusiya bölgəsi üzərində səkkiz Ukrayna pilotsuz uçuş aparatı (PUA) vurduğunu bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verib.

PUA-ların məhv edilməsi saat 14:00-dan 17:00-a qədər davam edib. Beş dron Bryansk bölgəsində, iki dron Belgorod və bir dron isə Kursk bölgəsində zərərsizləşdirilib.
8 oktyabr gecəsi PVO qüvvələri Rusiyanın doqquz bölgəsi üzərində 53 Ukrayna dronunu vurub. Hərbiçilər Belgorod bölgəsində 28, Voronej bölgəsində 11, Rostov bölgəsində isə 6 dronu məhv ediblər. Bryansk və Kursk bölgələrində iki dron vurulub, Lipetsk, Tambov, Smolensk və Nijni Novqorod bölgələrində isə bir dron vurulub.

Məryəm Quliyeva