Merkel seçkilərdə qalib gəlib Dünya

Merkel seçkilərdə qalib gəlib

Alman kansleri Angela Merkel dördüncü dəfə də parlament seçkilərini qazanıb. Onun mühafizəkar partiyası CDU/SCU bloku parlametin böyük hissəsini təmsil edəcək. Səsvermənin nəticələrinə görə, 20,5 faiz səslə ikinci yerdə qalan sosial demokratik yönümlü SPD bildirib ki, "tarixi məğlubiyyətdən sonra" onlar müxalifətdə olacaqlar. Almaniya üçün Alternativ Partiyası (AfD) səslərin təxminən 12,6 faizini qazanaraq üçüncü sırada qərarlaşıb. CDU və CSU parlamentdə çoxluğu qazansa da, bu, alyans üçün 1949-cu ildən bəri ən pis nəticə sayılıb.
12 ildir kansler postunu qoruyan xanım Merkel tərəfdarlarına xitabən bildirib ki, o, daha "yaxşı nəticəyə" ümid edirdi. Merkel deyib ki, o, AfD yetkililərinin "maraqlarını, həyəcanını və narahatlığını" dinləmək istərdi. Xanım Merkel deyib ki, onun hökuməti AfD-in nəticəsinin arxasında duran miqrasiya ilə, o cümlədən, iqtisadi və təhlükəsizlik məsələləri ilə məşğul olacaq. 1950-ci ildən bəri ilk dəfədir ki, Almaniya parlamentinə 6 partiya düşüb.