ABŞ dövlət katibinin müavini bu həftə Azərbaycana səfər edəcək
Komitə sədri: Qarabağda 4 şəhərin baş planının təsdiq olunması yekunlaşmaq üzrədir
Azərbaycan bu il 21 ölkəyə 20 mln. tondan artıq neft ixrac edib - SİYAHI
Anar Quliyev: Azərbaycan uzun müddətdir ki, şəhərsalma sahəsində ciddi islahatlar həyata keçirir
10 Oktyabr 07:57
1 372
Artıq Yaxın Şərqdə yerləşdirilən ABŞ qoşunları beynəlxalq missiya çərçivəsində Qəzza zolağında atəşkəs razılaşmalarına əməl olunmasına nəzarət edəcək.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.
O, ABŞ-ın Yaxın Şərqə 200 əsgər göndərəcəyi ilə bağlı mediada yayılan xəbərlərin qeyri-dəqiq və kontekstdən kənar olduğunu bildirib.
"Aydın olmaq üçün deyim ki, CENTCOM-da (ABŞ Mərkəzi Komandanlığı) artıq yerləşdirilmiş 200-ə qədər amerikalı hərbçiyə İsraildə sülh sazişlərinə əməl olunmasına nəzarət etmək tapşırılacaq. Onlar orada yerləşən digər beynəlxalq qüvvələrlə əməkdaşlıq edəcəklər", - Livitt bildirib