MDB sammitində Putinlə Paşinyan arasında fikir ayrılığı yaşanıb Dünya

MDB sammitində Putinlə Paşinyan arasında fikir ayrılığı yaşanıb

Rusiya prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan Düşənbədə keçirilən MDB sammitində fikir ayrılığı yaşanıb.

APA-nın Moskva bürosu xəbər verir ki, Putin və Paşinyan Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi ilə bağlı fikir ayrılığı yaşayıb.

MDB ölkələri ilə ticarət dövriyyəsinin həcminin artmasından danışan Putin Ermənistanla dövriyyəni misal göstərmək istəyib. O, Paşinyandan bu ilki dövriyyə həcmini soruşub. Ermənistan baş naziri 4 milyard deyə cavab verib.

Putin onun qiymətləndirməsi ilə razılaşmayaraq ötən ilki dövriyyə həcmini soruşub. Paşinyan 9 milyard dollar deyə cavab verib.

Rusiya prezidenti həm bu il, həm də keçən ilə iki ölkə arasında ticarət dövriyyəsinin həcminin daha çox olduğunu söyləyib.