

Türkiyə səfiri: TDT-nin 12-ci Zirvə görüşü qürurverici hadisədir
Fərid Şəfiyev: Mərkəzi Asiya ilə əməkdaşlıq "6" formatında davam etdirilməlidir
“İki qonşu və dost ölkə arasında nifaq salmağa çalışanlar arzularına çatmadılar”
Türkmənistan səfiri: Füzulidə məscidin inşası Qarabağın Azərbaycana məxsus olmasının sübutudur
Bu ilin ilk doqquz ayında “Bank Melli İran”ın Bakı filialının mənfəəti 13%-ə yaxın azalıb.
"APA-Economics" xəbər verir ki, Filialın 2025-ci ilin yanvar–sentyabr ayları üzrə xalis mənfəəti 4,38 mln. manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% və ya 645 min manat azdır (2024-cü ilin 9 ayı üzrə – 5,02 mln manat).
Cari ilin 9 ayı ərzində filialın faiz gəlirləri 4,30 mln. manat təşkil edib, faiz xərcləri isə olmayıb. Başqa sözlə, Filialın xalis faiz gəlirləri son bir ildə 15,4% artaraq 4,30 mln. manata yüksəlib.
Bankın aktivlər üzrə ehtiyatlara ayırmaları 1,21 mln manat olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 51% azdır (2024-cü ildə 2,47 mln manat). Bundan əlavə, xarici valyuta əməliyyatlarından 2025-ci ildə 25,8 min manat gəlir əldə olunub. Digər gəlirlər 3,8 min manat təşkil edib, inzibati xərclər isə 1,26 mln. manata bərabər olub.
Filialın bəzi əməliyyatlarına Mərkəzi Bank tərəfindən məhdudiyyətlərin qaldırılması əməliyyatlarına müsbət təsir edib. Belə ki, 2025-ci il sentyabrın 30-na bankın müştərilərə verdiyi kreditlərin həcmi 2,23 mln. manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 49% artım deməkdir. (2024-cü ilin sonu – 1,5 mln. manat).
Eyni tarixdə müştəri hesabları üzrə öhdəliklər 35,63 mln manat təşkil edib, bu da 0,1% artıma bər,abərdir.
Filialın cəmi aktivləri isə bu ilk oktyabrın 1-nə 1,9% artaraq 121,33 mln. manata, cəmi kapitalı isə 8,9% artaraq 53,32 mln manata yüksəlib. Əksinə, cəmi öhdəliklərdə 2,7% azalaraq 68,01 mln. manata enib.