İşçinin əmək hüquqlarının pozulmasına görə daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib
“Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabı işıq üzü gördü
Türkiyə MN: Gürcüstanda qəzaya uğrayan təyyarə ilə bağlı araşdırma davam edir
Qriqoryan Avropa Komissiyasının rəsmisi ilə telefon danışığı aparıb
Sosial şəbəkədə “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı araşdırma aparılır
10 Oktyabr 10:01
1 358
Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən mədən şirkəti "Anglo-Asian Mining Plc." 2025-ci ildə qızıl hasilatı üzrə proqnozunu 25-28 min unsiyaya qədər artırıb.
Bu barədə "APA-Economics"ə şirkətdən bildirilib. Qeyd edilib ki, yeni mədənlərin – Gilar və Dəmirli yataqlarının istismara verilməsi fonunda "Anglo Asian"ın illik istehsal həcmi əhəmiyyətli dərəcədə artacaq. Şirkət həmçinin mis hasilatı üzrə proqnozunu bu il üzrə 8 100 – 9 000 tona kimi artırıb. Bu göstəricilər 2024-cü ilin real nəticələri ilə müqayisədə müvafiq olaraq 87% və 24 dəfə artım deməkdir. Ötən il şirkət cəmi 15 073 unsiya qızıl və 377 ton mis hasil etmişdi.
Hasilatda artım şirkətin dövriyyəsini 125 – 140 milyon ABŞ dollarına, əsas hasilat fəaliyyətindən gəlirlərini (EBITDA) isə 40 – 50 milyon ABŞ dollarına çatdıracaq.
Şirkət bildirib ki, Dəmirli yatağında hasilat iyul ayında başlayıb və zavod tam layihə gücünə çatmaq üzrədir. Gilar yatağında isə yüksək keyfiyyətli zonalardan hasilat aparılır — filizin tərkibi 3,5–4% mis və ton başına 2 qram qızıl təşkil edir. Bu səbəbdən “Gedabək” flotasiya zavodunda ikinci avtomatlaşdırılmış filtr pres quraşdırılıb və zavodun genişləndirilməsi üzrə işlər davam edir.
"Yüksək keyfiyyətli filiz hazırda anbara yığılır və 2026-cı ilin əvvəlində genişləndirilmiş zavodda emal ediləcək. Bu, həm 2025, həm də 2026-cı ilin hasilat göstəricilərinə müsbət təsir göstərəcək" - açıqlamada əlavə edilib.
Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir.