

Myanma Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Tailand sərhədi yaxınlığında bomba atıb
Böyük Britaniya və Ukrayna ələ keçirən pilotsuz təyyarələri birgə istehsal etmək istəyirlər
Trampın İspaniyanı NATO-dan çıxarmaqla hədələməsi yerinə yetirilməyib
Nazir: Zəngəzur dəhlizi bölgədə çevik nəqliyyat bağlantısı üçün həyati əhəmiyyət daşıyır
Prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi zamanı dövlət dilinin normaları nəzərə alınacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Layihəyə əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.