

Türkiyə səfiri: TDT-nin 12-ci Zirvə görüşü qürurverici hadisədir
Fərid Şəfiyev: Mərkəzi Asiya ilə əməkdaşlıq "6" formatında davam etdirilməlidir
“İki qonşu və dost ölkə arasında nifaq salmağa çalışanlar arzularına çatmadılar”
Türkmənistan səfiri: Füzulidə məscidin inşası Qarabağın Azərbaycana məxsus olmasının sübutudur
Mən dünyanı itkin düşmüşlər üçün Azərbaycana dəstək olmaq üçün əlindən gələni etməyə çağırıram.
APA xəbər verir ki, bunu Ağdərədə aşkarlanan kütləvi məzarlıqla tanış olan Böyük Britaniyanın Parlamentinin keçmiş üzvü Rəhman Çisti bildirib.
Rəhman Çisti kütləvi məzarlıqların şokedici səhnələrini görərkən təəssüratlarını bölüşüb:
“Burada kütləvi məzarlıqların şokedici səhnələrini gördüm. İlk olaraq bu dəhşətli münaqişədə günahsız insanların sarsıdıcı itkisini yaşayan bütün ailələrə və Azərbaycan xalqına başsağlığı vermək istərdim. Heç vaxt belə münaqişələr olmamalıdır. Burada günahsız insanların və Azərbaycan xalqının tələfatını, kütləvi məzarlıqları gördüm. Bu, son dərəcə şok edicidir. Mən dünyanı bunun bir daha təkrarlanmaması üçün əlimdən gələni etməyə çağırıram. Həmçinin dünyanı Azərbaycana dəstək olaraq itkin düşmüş insanların geri qaytarılması üçün hər şeyi etməyə çağırıram. Bu, bizim dünyamızda bir daha təkrarlanmamalıdır.”
Rəhman Çisti vurğulayıb ki, beynəlxalq ictimaiyyətin rolu əhəmiyyətlidir və bu məsələdə həmrəylik göstərilməlidir.