Ermənistanda tanınmış vəkil Aleksandr Koçubayev 2 ay müddətinə həbs olunub - YENİLƏNİB Dünya

Ermənistanda tanınmış vəkil Aleksandr Koçubayev 2 ay müddətinə həbs olunub - YENİLƏNİB

Ermənistanda tanınmış vəkil Aleksandr Koçubayev 2 ay müddətinə həbs olunub.

APA xəbər verir ki, bu barədə vəkil Roman Yeritsyan sosial şəbəkələrdə məlumat yayıb.

***
16.10.25
18:42

Ermənistanda tanınmış vəkil Aleksandr Koçubayev saxlanılıb.

APA xəbər verir ki, bu barədə “24News” məlumat yayıb.

İlkin məlumatlara görə, onun saxlanılmasına son zamanlar sosial şəbəkələrdə hakimiyyəti tənqid edən paylaşımları səbəb olub.

Vəkil "Müqəddəs mübarizə" hərəkatının üzvlərinin məhkəməsinin keçirildiyi binanın qarşısından Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən naməlum istiqamətə aparılıb.

Qeyd edək ki, Aleksandr Koçubayev sabiq prezident Robert Koçaryanın oğlu Levonun vəkili olub.