

Qazaxıstan-Azərbaycan İnvestisiya Fondu və SOCAR energetika sahəsində saziş imzalayıb
Azərbaycan millisinin baş məşqçisi: "Avropa çempionatında bizi çətin matçlar gözləyir"
Ərdoğan CHP-nin parlament fraksiyası sədrinin müavininə təzminat iddiası qaldırıb
Tokayev: Azərbaycan üzərindən tranzit olunan neftin həcmi 1,5 milyon ton təşkil edib
Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlər aparılırmış
Beynəlxalq Valyuta Fondu (IMF-BVF) Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının bu ilin sonuna 11,9 mlrd. ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırıb.
"APA-Economics" xəbər verir ki, bu barədə IMF-in hesabatında bildirilib.
Fond hesab edir ki, 2026-cı ildə AMB-nin valyuta ehtiyatları 11,7 mlrd. ABŞ dollarına, 2030-cu ilin sonuna isə 9,6 mlrd. ABŞ dollarına qədər enəcək.
Qeyd edək ki, bu il oktyabrın 1-nə AMB-nin ehtiyatları 11,31 mlrd. dollara bərabər olub. Bu isə o deməkdir ki, IMF-in proqnozuna əsasən AMB qarşıdakı bir neçə ayda ehtiyatlarını 600 mln. dollar civarında artıra bilər.