08:56
721
“ABŞ-da hökumətin bağlanması genişmiqyaslı ziyana eləcə də bir milyondan çox dövlət işçisinin maaşının itirilməsinə səbəb olub.”
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
"Demokratların səbəbilə hökumətin bağlanması böyük ziyana səbəb olub. 20.000 reysin ləğvi və ya gecikməsi. Onlar bir milyondan çox dövlət işçisini maaşdan və ehtiyacı olan milyonlarla amerikalı üçün federal ərzaq talonlarından məhrum ediblər", - Tramp bildirib.
Tramp əlavə edib ki, on minlərlə federal podratçı və kiçik müəssisə maaşsız qalıb və ümumi ziyanı dəqiq hesablamaq üçün bir neçə ay vaxt lazım olacaq.