10:04
588
Ermənistanda keçmiş Prezident Serj Sarkisyanın müsahibə verdiyi podkastın müəllifləri saxlanılıb.
APA “Sputnik Armenia”ya istinasdən xəbər verir ki, “İmnemnimi” podkastının müəllifləri Narek Samsonyan və Vazgen Saqatelyan xuliqanlıqda ittiham edilirlər.
“İmnemnimi” podkastının müəlliflərinə qarşı cinayət işi parlament spikeri Alen Simonyanın müraciəti əsasında qaldırılıb.
Qeyd edək ki, podkast müəlliflərinin Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanla müsahibəsindən sonra spiker blogerləri “köpək uşaqları” adlandırmışdı. “İmnemnimi”nin növbəti buraxılışında isə müəlliflər söyüş işlətmədən təhqirə cavab veriblər. Bundan sonra Simonyan hüquq-mühafizə orqanlarına müraciət edib və səhər tezdən maskalı güc strukturlarının əməkdaşları blogerlərin dalınca gəlib.