“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
20 Noyabr 2025 09:22
1 645
Bu, yaşayış binasına Kh-101 raketinin birbaşa zərbəsi idi! Bu, Rusiyanın sülh istəmədiyinin bariz nümayişidir. Bu fonda sülh söhbəti qeyri-ciddi görünür. Eynilə Trampın Putinin sülh istəməsi ilə bağlı açıqlamaları kimi.
Bunu xalqcebhesi.az-a Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us dünən Rusiyanın Ternopolda yaşayış binasına endirdiyi raket zərbəsi ilə bağlı deyib.
Xatırladaq ki, raket zərbəsi nəticəsində ölənlərin sayı 25-ə çatıb. Ölənlərdən 3-ü uşaqdır.
Məlumata görə, 15-i uşaq olmaqla 73 nəfər yaralanıb.
Us deyib ki, Üşüstəlik, bu, 2022-ci ilin mart ayının sonu ilə bənzətmədir. O vaxtlar çoxları sülhün olacağını düşünürdü, lakin Rusiyanın Busa və Kiyevin digər ətraflarında törətdiyi hərbi cinayətlər barədə məlumatlar üzə çıxdı:
"Təbii ki, bunun fonunda heç bir sülh müqaviləsi ola bilməzdi. Eyni şey indi də təkrarlandı. Tezliklə sülh danışıqları mümkün deyil. Rusiya Ukraynanın təslim olmasını istəyir. Ancaq Ukraynanın təslim olmaq niyyəti yoxdur.
Və hər belə hücumdan sonra, bu gün Ternopolda olduğu kimi, biz də Rusiyanın belə cinayətlərə görə cavab verməsini istəyirik!".
Cavid
9 Yanvar 22:52
1 148
9 Yanvar 21:55
1 015
9 Yanvar 21:24
1 106