Pakistanın təhlükəsizlik qüvvələri 23 terrorçunu zərərsizləşdirib Dünya

Pakistanın təhlükəsizlik qüvvələri 23 terrorçunu zərərsizləşdirib

Pakistanın təhlükəsizlik qüvvələri Əfqanıstan sərhədinə yaxın olan Kurram bölgəsində iki ayrı əməliyyat nəticəsində 23 terrorçunu zərərsizləşdirib.

APA Pakistan mediasına istinadən xəbər verir ki, terrorçular “Fitnə əl-Xəvaric” qruplaşmasının üzvləri olublar.

Rəsmi İslamabad terror qrupunun Hindistan tərəfindən dəstəkləndiyini iddia edir.

Qeyd edək ki, Pakistan Əfqanıstan və Hindistanı ölkədə terror qruplarını dəstəkləməkdə günahlandırır.

Bir müddət əvvəl İslamabadda məhkəmə binası yaxınlığında partlayış baş vermiş və Pakistan bu hadisəni terror aktı adlandıraraq arxasında Hindistanın dayandığını iddia etmişdi.