29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
20 Noyabr 2025 10:18
2 471
“Tramp administrasiyasının irəli sürdüyü sülh planı formal olaraq döyüşlərin dayandırılmasına yönəlsə də, onun geosiyasi mahiyyəti daha dərindir. Plan Donbasda silahsızlaşdırılmış zona yaradılmasını, bəzi ərazilərin Rusiyaya verilməsini və cəbhə xəttinin dəyişməz qalmasını nəzərdə tutur. Bu şərtlər Moskvanın mövqeyinə daha çox uyğun gəldiyi üçün plan Ukraynada ciddi narazılıq doğurur və Kiyevin bunu qəbul etməsi real görünmür”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.
O bildirib ki, Vaşinqtonun bu təşəbbüsü yalnız Ukrayna müharibəsini dayandırmaq üçün deyil, həm də Çinlə rəqabətdə Rusiyanın tam şəkildə Pekinə bağlanmamasını təmin etmək məqsədi daşıyır: “ABŞ iki cəbhədə qarşıdurmanı riskli hesab edir və Rusiyanı neytrallaşdırmağa çalışır. Çinin Global Times vasitəsilə planı müsbət qiymətləndirməsi Pekinin də müharibənin uzanmasını istəmədiyini göstərir. Lakin Çin Rusiyaya tam təzyiq göstərmək niyyətində deyil və balanslı mövqe tutur”.
Z.Qarayeva deyib ki, bu plan nə Ukraynanın təhlükəsizlik maraqlarına cavab verir, nə də Avropa üçün uzunmüddətli sabitlik vəd edir: “Ərazi güzəştlərinə əsaslanan model gələcək böhranlar üçün zəmin yarada bilər. Bütün bunlar göstərir ki, Trampın sülh təşəbbüsü daha çox qlobal güc balansının yenidən qurulmasına yönəlmiş siyasi manevrdir. Rusiya müəyyən üstünlüklər əldə edir, ABŞ Çin qarşısında öz mövqeyini gücləndirməyə çalışır, Çin isə öz strateji maraqları çərçivəsində prosesi dəstəkləyir. Bu konfiqurasiyada ən zəif mövqedə qalan tərəf isə Ukraynadır”.
Röya İsrafilova
29 Avqust 11:24
2 016
29 Avqust 11:17
2 065
28 Avqust 17:35
1 953