14:29
476
Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Yerusəlimdə (Qüds) İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Eden Bar Tal ilə görüşüb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər Ermənistan və İsrail arasında siyasi-iqtisadi sahədə əlaqələrin aktivləşdirilməsi istiqamətində işləməyə hazır olduqlarını vurğulayıblar. Tərəflər həmçinin Cənubi Qafqaz və Yaxın Şərqdə cərəyan edən proseslərlə bağlı fikir mübadiləsi aparıblar.
Səfər zamanı Ermənistan və İsrail Xarici İşlər nazirlikləri arasında 12-ci siyasi məsləhətləşmələr də baş tutub. İkitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq imkanları ətraflı müzakirə edilib. Yüksək texnologiyalar, tibb, kənd təsərrüfatı və turizm sektorları qarşılıqlı maraq doğuran və əməkdaşlıq üçün ən böyük potensiala malik sahələr kimi vurğulanıb.