Gürcüstanda həbs olunan erməni şirkət rəhbəri azadlığa buraxılıb Dünya

Gürcüstanda həbs olunan erməni şirkət rəhbəri azadlığa buraxılıb

Gürcüstanın “Crystal Group” şirkətinin sahibi Vladimir Stepanyan iki milyon lari (740 min ABŞ dolları) girov müqabilində azadlığa buraxılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.

Stepanyan qanunsuz sahibkarlıq fəaliyyəti və cinayətkarlıq yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasında ittiham edilir. Məhkəmə bu ilin noyabrın 10-da onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqla müəyyən edilib ki, Stepanyan 2019-cu ildən etibarən Bakuriani kurortunda icazəsiz beş apart-hotel, kanat yolu və xizək trassası inşa etdirib. Apart-hotellərin satışından əldə olunan gəlirin həcmi bir neçə milyon lari təşkil edib. Bakuriani İnkişaf Agentliyi iş adamını qanunu pozduğuna görə bir neçə dəfə cərimələsə də, tikinti işləri dayandırılmayıb.