21:58
462
Pakistan və Əfqanıstan nümayəndələrinin sərhəddəki vəziyyətin tənzimlənməsi ilə bağlı növbəti görüşü yenə də heç bir nəticə verməyib.
Bu barədə Dawn qəzeti mənbələrə istinadən məlumat yayıb.
Noyabrın 30-da Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Ər-Riyadda keçirilən qapalı danışıqlar iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişlə nəticələnməyib.
Mənbələrin məlumatına görə, tərəflər transsərhəd terrorizmi probleminin həlli üçün qarşılıqlı kompromisə getməkdən imtina ediblər.
Nəşr qeyd edir ki, danışıqlar zamanı Səudiyyə Ərəbistanının Əfqanıstanla sərhəd ticarətinin bərpası barədə təklifini Pakistan rədd edib.