12:24
448
Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsi tərəfindən Avropa Birliyinin "Erasmus+" Proqramı ilə dəstəklənən "Fövqəladə vəziyyət Jurnalistikası: Xəbərlərin fəlakətə çevrilməsinin qarşısının alınması" layihəsi çərçivəsində 50-yə yaxın ölkənin media nümayəndələrinin iştirakı ilə beynəlxalq tədbir keçirilir.
APA-nın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, layihənin əsas məqsədi fövqəladə vəziyyətlərdə Jurnalistikası kursu tədris planları və məzmunu, eləcə də media mütəxəssisləri üçün təlim təlimatları hazırlamaqdır.
Tədbirdə çıxış edən Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) rəhbəri Əli Həmzə Pəhləvan fövqəladə vəziyyət jurnalistikasının əhəmiyyətindən bəhs edib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran 6 fevral zəlzələsini xatırladıb və dezinformasiyaların qarşısının alınmasının vacibliyinə toxunub: “Fövqəladə vəziyyət jurnalistikasının inkişafı üçün işləri davam etdiririk. Çünki 6 fevral zəlzələsi dövründə bu istiqamətdə çatışmazlıqlarla rastlaşdıq. Həmin zəlzələ ərəfəsində dezinformasiyaları müəyyən edib ictimaiyyətə çatdırdıq, yerli və xarici jurnalistlərin hadisə yerinə çatdırılmasını təmin etdik. Layihə çərçivəsində fövqəladə vəziyyət öhdəliklərinə uyğun olaraq beş dildə hazırlanmış kitab təqdim olunacaq və təlim paneli keçiriləcək. Tədbir müzakirələrlə davam edəcək”.