İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
2 Dekabr 2025 13:04
1 659
Cənubi Koreya ordusu Kyonqi vilayətinin Paju şəhərində hərbi təlimlər zamanı zenit mərmisinin partlaması nəticəsində 3 hərbçi və bir mülki zabitin yaralandığını açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, Paju şəhərində hərbi təlim zamanı partlayış olub. Cənubi Koreya ordusu bildirib ki, partlayış 30 millimetrlik zenit mərmisinin ilişib qaldığı qidalandırıcı mexanizmdən çıxarılmasına cəhd edilərkən baş verib. Hadisə zamanı 3 hərbçi və 1 mülki zabitin yaralandığı, yaralıların helikopterlə hərbi hospitala aparıldığı bildirilib.
Bəyanatda çiyin xəsarətləri, yıxılma travması və qulaqda küy olan yaralıların həyati təhlükəsi olmadığı qeyd edilib.
"Yaralıların müalicəsi və sağalması üçün bütün lazımi səylər göstəriləcək", - deyə açıqlamada bildirilir. "Qəzanın dəqiq səbəbini müəyyən etmək üçün ətraflı araşdırma başlanılıb."
Məryəm Quliyeva