Aİ və Ermənistan arasında ilk sammit 2026-cı ildə İrəvanda keçiriləcək
Nazir: Təqdim edilən vergi yükü optimaldır, qeyri-neft sektorunun inkişafını dəstəkləyir
Tibbi sığorta ilə bağlı qeyri-formal məşğul şəxslərin necə müəyyənləşdiriləcəyi açıqlanıb
Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəyə qar yağır - FAKTİKİ HAVA
“Müsyö Jordanın Qarabağ Sərgüzəştləri” tamaşasının premyerası gerçəkləşib
15:51
819
Floridada keçirilən danışıqlarda Ukrayna və ABŞ nümayəndə heyətləri əvvəllər Cenevrədə tərəflərin razılaşdırdıqları Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üzrə Amerika planını yekunlaşdırıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Vladimir Zelenski bildirib.
"İş Cenevrə sənədi əsasında aparılıb və bu sənəd yekunlaşdırılıb", - o, Telegram-da yazıb.
Zelenski həmçinin bildirib ki, Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Ukrayna danışıqlar qrupunun üzvləri “Amerika tərəfinin dialoqdakı əsas prioritetləri barədə məlumat veriblər”. Söhbət hansı aksentlərdən getdiyini dəqiqləşdirməyib.
Məryəm Quliyeva